Bakı. Trend:
Dekabrın 23-dən 25-dək Kanadanın şərq vilayətlərinə yağan şaxtalı yağışlar və güclü qar nəticəsində ümumilikdə 1,2 milyona yaxın elektrik istehlakçısı işıqsız qalıb.
Trend-in məlumatına görə, bu barədə "CTV" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, indiyədək elektrik verilişi şəbəkələrində yaranmış fasilələr tam bərpa olunmayıb.
Bildirilib ki, əlverişsiz hava şəraitindən ən çox Kvebek vilayətinin sakinləri əziyyət çəkib, burada 670 min istehlakçı elektrik enerjisiz qaıəb. İndiyədək onlardan 42 mindən çoxu elektrik enerjisindən məhrumdur.