Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib.
Trend xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Qeyd edilir ki, atəşkəs rejimi yanvarın 6-sı yerli vaxtla saat 12:00-dan yanvarın 7-si saat 00:00-a qədər qüvvədə olacaq.