Bakı. Trend:
ABŞ yeni hərbi yardım paketi çərçivəsində Ukraynaya 18 özüyeriyən artilleriya qurğusu verəcək.
Trend-in məlumatına görə, bu barədə brifinq zamanı ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Laura Kuper deyib.
"Yardım paketinə artilleriya sahəsində mühüm öhdəliklər də daxildir. Bunlar 155 mm kalibrli "18 M109A6 Paladin" özüyeriyən artilleriya qurğusu və 155 mm çaplı artilleriya mərmisidir", - deyə o bildirib.
Onun sözlərinə görə, bu, özüyeriyən haubitsaların ilk təminatıdır ki, əvvəllər gətirilən yedəkli haubitsalardan daha böyük qorunma və manevr imkanı təmin edəcək.