Bakı. Trend:
Londonun mərkəzində Yuston dəmir yolu stansiyası yaxınlığında naməlum silahlı şəxslərin avtomobilin pəncərəsindən insanlara atəş açması nəticəsində ikisi uşaq olmaqla altı nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə London polisi idarəsindən bildirilib.
"Bu gün günortadan sonra Finiks-roudda baş verən atışmada altı nəfərin yaralandığını təsdiqləyə bilərik. Onların arasında xəstəxanada ağır vəziyyətdə olan yeddi yaşlı qız uşağı da var. Əməliyyat-axtarış tədbirləri davam etdirilir", - deyə qeyd olunub.
Bundan əvvəl dörd nəfərin yaralandığı barədə məlumat verilmişdi.