Bakı. Trend:
Gürcüstanın xalq artisti, tanınmış aktyor və müğənni Vaxtanq Kikabidze 84 yaşında vəfat edib.
Trend xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Vaxtanq Kikabidze 1938-ci ilin 19 iyulunda Tbilisi şəhərində anadan olub.
Aktyor bir sıra kinolarda çəkilsə də, ona əsl şöhrəti 1977-ci ildə Georgi Daneliyanın "Mimino" filmindəki baş rolu gətirib.
Bu filmə görə o, SSRİ Dövlət Mükafatına layiq görülüb.
Vaxtanq Kikabidze həmçinin populyar estrada müğənnisi kimi də şöhrət tapıb.