Bakı. Trend:
Ərdəbildə Fərzaneqan orta məktəbində dəm qazından zəhərlənən şagirdlərin sayı 59 nəfərə çatıb.
Trend-in məlumatına görə, bunu Ərdəbil vilayəti Təhsil idarəsinin baş direktoru Kəlamulla Səfəri deyib.
***
14:00
İranın Ərdəbil şəhərində Fərzaneqan orta məktəbində 30 şagird dəm qazından zəhərlənib.
Trend-in məlumatına görə, bunu Ərdəbil vilayəti Tibb Elmləri Universitetinin rektoru Əli Məhəmmədian Ərdi deyib.
Onun sözlərinə görə, dərhal məktəbə 4 təcili yardım maşını və avtobus göndərilib. Hazırda şagirdlər xəstəxanalara köçürülürlər.
Faktla bağlı araşdırma aparılır.