...

Fransada lotereya oynayan şəxs səhv sayəsində 17 milyon avro udub

Dünya xəbərləri Materials 3 Fevral 2023 04:01 (UTC +04:00)

Bakı. Trend:

Fransız gənc elektron biletin çəkiliş tarixini seçərkən səhv edərək lotereyada 17 milyon avro qazanıb.

Trend xəbər verir ki, bu barədə Fransanın qumar oyunları tənzimləyicisi "Francaise des jeux" məlumat verib.

Məlumata əsasən, bu, yanvar ayında baş verib.

Qeyd olunur ki, internet vasitəsilə oynayan iştirakçı məqsədyönlü şəkildə “bəxtini ayın 13-ü, cümə günü sınamaq istəyib, lakin təsadüfən tarix seçərkən səhv edib və 14 yanvarı qeyd edib”.

İndi kimliyini açıqlanmayan Fransa sakini işini atıb bizneslə məşğul olmaq, ev almaq və səyahət etmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti