...

Türkiyədə zəlzələ nəticəsində ən çox ölüm halı qeyd edilən bölgə açıqlanıb

Dünya xəbərləri Materials 7 Fevral 2023 22:41 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə zəlzələ nəticəsində ən çox ölüm halı qeyd edilən bölgə açıqlanıb

Trend-in məlumatına görə bu barədə Türkiyə səhiyyə naziri Fahrettin Koca deyib.

“Hatayda 1647, Kahramanmaraşda 1243, Qaziantepdə 504, Şanlıurfada 127, Adanada 167, Adıyamanda 896, Malatyada 201 nəfər zəlzələ nəticəsində həlak olub”, - deyə F.Koca bildirib.

O həmçinin qeyd edib ki, Hatayda dağıntı altından 1846 nəfər çıxarılıb.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti