...

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 17 134-ə çatdı

Dünya xəbərləri Materials 9 Fevral 2023 22:14 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 17 134-ə yüksəlib.

Trend xəbər verir ki, yaralıların sayı isə 70 347 nəfərə çatıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti