Bakı. Trend:
Yunanıstanın xarici işlər naziri Nikos Dendias episentri Türkiyənin Kahramanmaraş vilayətində olan zəlzələlərdən sonra genişmiqyaslı dağıntıların baş verdiyi Adana şəhərinə gəlib.
Trend-in məlumatına görə, göyərtəsində Yunanıstan xarici işlər naziri olduğu təyyarə Şakirpaşa hava limanına eniş edib, qonağı türkiyəli həmkarı Mövlud Çavuşoğlu qarşılayıb.
Nazirlər hava limanında mətbuata qapalı görüş keçiriblər.