...

Pentaqon rəhbəri Ukraynanın hava hücumundan müdafiə qabiliyyətini artırmağa çağırıb

Dünya xəbərləri Materials 15 Fevral 2023 08:21 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin müdafiə naziri Lloyd Ostin Brüsseldə Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclası çərçivəsində Qərbin təcili Kiyevi hava hücumundan müdafiə sistemləri ilə təmin etməsi barədə çıxış edib.

Trend-in məlumatına görə, Pentaqon rəhbəri hələlik Ukraynaya verilən hava hücumundan müdafiə sistemlərinin kifayət etmədiyini, ABŞ-nin onları artırmaqda israrlı olduğunu söyləyib.

“Biz bilirik ki, Rusiyanın xidmətdə xeyli sayda döyüş təyyarəsi var. Ona görə də Ukraynanın mümkün qədər ən çox hava hücumundan müdafiə qabiliyyəti ilə təmin olunması üçün əlimizdən gələni etməliyik”.

Qeyd edək ki, məlumata görə, çərşənbə axşamı İtaliya və Fransa Ukraynaya “SAMP-T” zenit sistemləri verməyi qərar alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti