...

Hər biri az qala zəlzələ qədər dağıdıcı olan afterşoklar hələ də davam edir - Ərdoğan

Dünya xəbərləri Materials 28 Fevral 2023 16:45 (UTC +04:00)
Hər biri az qala zəlzələ qədər dağıdıcı olan afterşoklar hələ də davam edir - Ərdoğan
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hər biri az qala zəlzələ qədər dağıdıcı olan afterşoklar hələ də davam edir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Ötən həftə Hatayda baş verən yeraltı təkanlardan sonra dünən Malatyada da oxşar vəziyyətlə qarşılaşdıq. Təəssüflər olsun ki, bu təkanlarda dağıntılar yaşadıq, itkilərimiz, xəsarət alanlarımız oldu”, - deyə R.T.Ərdoğan əlavə edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti