Bakı. Trend:
Bu gün 2 saat ərzində İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Ərdəbil şəhərində qızların təhsil aldığı 7 orta məktəbdə 108 şagird zəhərlənib.
Trend-in məlumatına görə, bunu Ərdəbil Tibb Elmləri Universitetinin rektoru Əli Məhəmmədian Ərdi deyib.
Onun sözlərinə görə, orta məktəblərdə şagirdlər qaz və yaxud ona bənzər iy hiss edib və tənəffüs sistemində problem yaşandığına görə xəstəxanalara köçürülüblər.
Universitet rektoru qeyd edib ki, hazırda şagirlərin vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, ötən 10 gün ərzində İranda 1200-dən çox şagird orta məktəblərdə zəhərlənib. Zəhərlənmələrin səbəbi ilə əlaqədar konkret qərar yoxdur.