Bakı. Trend:
Martın 14-də 14-cü Ümumçin Xalq Nümayəndələri Konqresinin 1-ci sessiyasının deputatları Çin Dövlət Şurasının yeni baş nazirinin namizədliyini təsdiqləyiblər. Bu vəzifəyə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Daimi Komitəsinin üzvü Li Tsyan seçilib.
Trend-in məlumatına görə, bu barədə "Xinhua" agentliyi xəbər verib.
Məlumata əsasən, Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin namizədliyini bir gün əvvəl üçüncü müddətə dövlət başçısı vəzifəsinə yenidən seçilən Çin sədri Si Cinpin irəli sürüb.