...

Bayden administrasiyası İsrail müdafiə nazirinin istefaya göndərilməsindən "dərin narahatlığını" ifadə edib

Dünya xəbərləri Materials 27 Mart 2023 02:39 (UTC +04:00)
Bayden administrasiyası İsrail müdafiə nazirinin istefaya göndərilməsindən "dərin narahatlığını" ifadə edib

Bakı. Trend:

Bazar günü İsrailin baş naziri Binyamin Netanyahunun müdafiə nazirini istefaya göndərməsindən sonra ABŞ prezidenti Co Baydenin administrasiyası "dərin narahatlığını" ifadə edib.

Trend "Axios" portalına istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi bildirib.

Xatırladaq ki, ötən gün İsrailin baş naziri Binyamin Netanyahu ölkənin müdafiə naziri Yoava Qalantı istefaya göndərib.

Qeyd edək ki, Y.Qalant martın 25-i axşam xüsusi bəyanatla çıxış edərək ölkədə çoxsaylı etirazlara səbəb olan məhkəmə islahatlarının dayandırılmasını istəyib. O, xəbərdarlıq edib ki, cəmiyyətdə yaranan parçalanma artıq İsrail ordusunun sıralarına nüfuz edir və bu, milli təhlükəsizliyə təhdid yaradır.

Müdafiə nazirinin vəzifədən azad edilməsi İsraildə kütləvi etiraz aksiyalarının başlamasına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti