...

Ekvadorda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 21-ə çatıb

Dünya xəbərləri Materials 1 Aprel 2023 02:38 (UTC +04:00)
Ekvadorda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 21-ə çatıb

Bakı. Trend:

Ekvadorun Alausi şəhərində torpaq sürüşməsi nəticəsində azı 21 nəfər ölüb. 31 nəfər xəsarət alıb, azı 72 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə EFE agentliyi xilasedicilərə istinadla məlumat yayıb.

Daha əvvəl 17 nəfərin öldüyü bildirilirdi.

Martın 27-nə keçən gecə baş verən torpaq sürüşməsi nəticəsində yaşayış binaları uçub. Ümumilikdə təbii fəlakət zonasında 500 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti