...

Tramp aprelin 4-də məhkəmə qarşısına çıxmaq üçün Nyu Yorka gəlib

Dünya xəbərləri Materials 4 Aprel 2023 00:25 (UTC +04:00)
Tramp aprelin 4-də məhkəmə qarşısına çıxmaq üçün Nyu Yorka gəlib

Bakı. Trend:

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bazar ertəsi Nyu-Yorka gəlib, o çərşənbə axşamı burada məhkəmə qarşısına çıxacaq.

Trend xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.

Siyasətçi meqapolisə onun malikanəsi Mar-a-Laqonun yerləşdiyi Florida ştatından gəlib.

La-Quardia hava limanından sabiq prezidentin korteji siyasətçini qalacağı "Trump Tower" binasına çatdırıb. O, artıq "Trump Tower"dədi və gecəni burada keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti