...

ATƏT-in sədri Gürcüstana rəsmi səfər edəcək

Dünya xəbərləri Materials 10 Aprel 2023 02:45 (UTC +04:00)
ATƏT-in sədri Gürcüstana rəsmi səfər edəcək

Bakı. Trend:

Aprelin 10-11-də Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ATƏT-in sədri qismində Gürcüstana rəsmi səfər edəcək.

Trend xəbər verir ki, Buyar Osmanini Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili qəbul edəcək.

Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili, parlamentin sədri Şalva Papuaşvili də ATƏT-in sədri ilə görüşəcək.

Səfər çərçivəsində həm təkbətək formatda, həm də iki ölkənin nümayəndə heyətləri arasında görüşlər keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti