...

ABŞ-da atışma olub, ölənlər var

Dünya xəbərləri Materials 10 Aprel 2023 22:36 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Kentukki ştatının Luisvil şəhərinin mərkəzində baş verən atışmada 4 nəfər həlak olub, 8 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə şəhər polisinin nümayəndəsi Pol Hamfri bildirib.

Onun sözlərinə görə, hücum edən şəxs hadisə yerində ölüb.

P.Hamfri əlavə edib ki, atışma "Old National" bankının şöbəsində baş verib, ilkin məlumata görə, atəş açan şəxs bu bankda işləyib. Lakin hüquq-mühafizə orqanları onun bankın indiki və ya keçmiş işçisi olmasını müəyyən etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti