...

ABŞ nüvə hazırlığını yoxlamaq üçün təlimlərə başlayacaq

Dünya xəbərləri Materials 11 Aprel 2023 07:58 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələri nüvə hazırlığını yoxlamaq üçün təlimlər keçirəcək.

Trend xarici KİV-lərə istinadla xəbər verir ki, “Global Thunder 23” adlı təlimlər bu gündən başlayacaq.

Qeyd olunub ki, bu cür təlimlərin hər il keçirildiyi və digər ölkələrin hərəkətlərinə cavab olmadığı vurğulanır.

Təlimlərin əsas məqsədi nüvə qüvvələrinin hazırlığının və strateji çəkindirmə imkanlarının artırılmasının qiymətləndirilməsidir.

ABŞ Silahlı Qüvvələrinin illik Strateji Komandanlığının mətbuat xidmətindən bildirilib ki, təlimlərdə ABŞ-ın əsas müttəfiqləri, o cümlədən Böyük Britaniya iştirak edəcək.

Təlim zamanı bombardmançıların uçuşlarının sayı artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti