...

Misirin xarici işlər naziri sabah Türkiyəyə səfər edəcək

Dünya xəbərləri Materials 12 Aprel 2023 14:31 (UTC +04:00)
Misirin xarici işlər naziri sabah Türkiyəyə səfər edəcək

Bakı. Trend:

Misirin xarici işlər naziri Sameh Şükri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə sabah Türkiyəyə rəsmi səfər edəcək.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərin və regional hadisələrin müzakirə olunacağı gözlənilir.

Xatırladaq ki, Sameh Şükri və Mövlud Çavuşoğlu bundan əvvəl Türkiyədə baş verən zəlzələdən sonra fevralın 27-də görüşüblər.

Misir zəlzələdən sonra Türkiyəyə humanitar yardım göndərib.

Misirlə Türkiyə arasında əlaqələr 2013-cü ildə Misir prezidenti Məhəmməd Mursinin hakimiyyətdən devrilməsindən sonra pisləşib. 2020-ci ilin avqust ayından münasibətlər normallaşmağa başlayıb. 2021-ci il 5-6 may və 7-8 sentyabr tarixlərində Qahirə və Ankarada xarici işlər nazirlərinin müavinlərinin sədrliyi ilə siyasi məsləhətləşmələr keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti