...

Yəməndə izdihamda azı 90 nəfər ölüb

Dünya xəbərləri Materials 20 Aprel 2023 04:55 (UTC +04:00)
Yəməndə izdihamda azı 90 nəfər ölüb

Bakı. Trend:

Yəmənin paytaxtı Sənada sədəqə paylanarkən yaranan izdihamda azı 90 nəfər ölüb, 300-dən çox insan yaralanıb.

Trend xəbər verir ki, bu barədə təcili xidmətlərdəki mənbələrə istinadən "Sky News Arabia" telekanalı məlumat yayıb.

Bildirilir ki, insident cümə axşamı gecə şəhərin mərkəzi hissəsində yerləşən Bab əl-Yaman ərazisində baş verib. Telekanalın məlumatına əsasən, izdiham "bir neçə tacir" tərəfindən sədəqə paylanarkən baş verib ki, onlardan ikisi artıq həbs edilib.

Şəhərə nəzarət edən husilərin Ali Siyasi Şurasının rəhbəri Mehdi əl-Məşət insidentin araşdırılması üçün daxili işlər orqanlarının və prokurorluğun nümayəndələrindən ibarət komissiya yaratmağı tapşırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti