...

NATO-nun baş katibi Kiyeve ilk rəsmi səfərini edib

Dünya xəbərləri Materials 20 Aprel 2023 14:49 (UTC +04:00)
NATO-nun baş katibi Kiyeve ilk rəsmi səfərini edib

Bakı. Trend:

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın paytaxtı Kiyevə rəsmi səfər edib.

TurkicWorld xəbər verir ki, Ukrayna prezidenti Zelenski ilə görüşəcək Stoltenberq Mixaylov meydanındakı xatirə abidəsini ziyarət edib.

Qeyd edək ki, bu, Stoltenberqin 24 fevral 2022-ci ildə başlayan Rusiya-UKrayna müharibəsindən sonra Kiyevə ilk səfəridir.

Rusiya-Ukrayna müharibəsi 24 fevral 2022-ci ildə Krımın Rusiya tərəfindən qeyri-qanuni ilhaq edilməsi, daha sonra Donetsk və Luhansk vilayətlərinin işğalı ilə başlayıb. Bu müharibə İkinci Dünya müharibəsindən sonra Avropa ərazisində baş vermiş ən geniş miqyaslı müharibə hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti