...

Sudan xüsusi təyinatlıları hava limanlarını açmağa hazır olduqlarını açıqlayıblar

Dünya xəbərləri Materials 22 Aprel 2023 05:43 (UTC +04:00)
Sudan xüsusi təyinatlıları hava limanlarını açmağa hazır olduqlarını açıqlayıblar

Bakı. Trend:

Sudanın xüsusi təyinatlıları ölkə ərazisində olan əcnəbi vətəndaşların təxliyəsi üçün nəzarət etdikləri hava limanlarını qismən açmağa hazır olduqlarını bildiriblər.

Trend-in məlumatına görə, bu barədə cümə günü Sudan xüsusi təyinatlılarının rəsmi tvitter səhifəsində dərc edilmiş bəyanatda deyilir.

Ölkənin Xarici İşlər Nazirliyi xarici dövlətlərin öz vətəndaşlarını paytaxt Xartumdan təxliyə etmək istəklərinə müsbət reaksiya verib. Bu barədə cümə günü nazirliyin sözçüsü məlumat verib.

Bildirilir ki, Xartumdan vətəndaşların təxliyəsi üçün tədbirlər görən ölkələr arasında ABŞ, Böyük Britaniya, Almaniya və Fransa da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti