Bakı. Trend:
Burkina-Fasonun şimalındakı Karma kəndində ölkənin silahlı qüvvələrinin geyimində olan insanların hücumu nəticəsində 60-a yaxın insan həlak olub.
Trend-in məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyi yerli prokuror Lamina Kaboreyə istinadən bildirib.
Prokuror hücum edənlərin kənddən müxtəlif qiymətli əşyaları apardığını bildirib. O, cinayətdə əlaqəli olanların hamısını tapıb saxlamağı tapşırıq verib.