Bakı. Trend:
BMT-nin baş katibi Antonio Quterreş ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündə təşkilatının mənzil-qərargahının yerləşdiyi ölkə kimi ABŞ-ın üzərinə düşən vəzifələrlə bağlı bir sıra məsələlər qaldırıb.
Trend xəbər verir ki, bu barədə görüşün yekunları üzrə BMT-dən məlumat verilib.
"Baş katib həmçinin BMT-yə ev sahibliyi edən ölkə ilə bağlı bir sıra məsələlər qaldırıb", - deyə açıqlamada bildirilir.
Ev sahibiliyi edən ölkə ilə bağlı sazişdə ABŞ-ın dünya təşkilatının işində nümayəndə heyətlərinin iştirakını təmin etmək üzrə öhdəlikləri var. Baş katibin ofisi konkret nəyin müzakirə olunduğunu açıqlamayıb.