Bakı. Trend:
Yaponiyanın Osaka prefekturasının Yao şəhərindəki məktəbdə şagirdlər məişət qazına bənzəyən şübhəli qoxuya görə təxliyə edilib.
Trend-in məlumatına görə, bu barədə "Kyodo" agentliyi xəbər verib.
Yerli hüquq-mühafizə orqanlarının verdiyi məlumata əsasən, ən azı 47 şagird özünü pis hiss etməkdən şikayət edib, onlardan üçü xəstəxanaya yerləşdirilib. Hazırda hadisə yerində xilasedicilər və təcili yardım xidmətləri qoxunun mənbəyini müəyyən etməyə çalışır.
Qaz sızmasın baş verməsi ehtimal edilir.