...

Sinan Oğanın Ərdoğanı dəstəkləməsi seçkilərdə kimin qalib gələcəyini göstərdi - Fuat Oktay

Dünya xəbərləri Materials 25 May 2023 16:03 (UTC +04:00)
Sinan Oğanın Ərdoğanı dəstəkləməsi seçkilərdə kimin qalib gələcəyini göstərdi - Fuat Oktay

Bakı. Trend:

Sinan Oğanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi seçkilərdə kimin qalib gələcəyini göstərdi.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

"14 maydan sonra Ata İffiqanın dağıldığı kimi Millət İttifaqı da dağılacaq. Prezident namizədini belə seçə bilməyən bir ittifaqın Türkiyəni idarə etməsi mümkün deyil. Xalqımız bunu 14 may tarixində də göstərdi", - deyə F.Oktay qeyd edib.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Xəbər lenti

Xəbər lenti