...

Qarsda prezident seçkilərinə Azərbaycan milli paltarında gəliblər (FOTO)

Dünya xəbərləri Materials 28 May 2023 12:29 (UTC +04:00)
Qarsda prezident seçkilərinə Azərbaycan milli paltarında gəliblər (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda səsvermədə iştirak edən xalq rəqsləri komandasının qurucusu Kızılkaya cütlüyü sandığa qafqaz paltarı geyinərək gedib.

Trend xəbər verir ki, TurkicWorld-un DHA-ya istinadən verdiyi məlumata görə, cütlük Qars şəhərində yerləşən Heydər Əliyev adına Peşə və Texniki Anadolu Liseyində səs veriblər.

Şeyda və Cem Kızılkaya cütlüyü eyni zamanda Akka Qafqaz Xalq Rəqsləri komandasının da qurucularıdır.

Xatırladaq ki, may ayının 14-də keçirilən seçkilərin birinci turunda prezident Rəcəb Tayyib Ərdoğan 49,5%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kemal Kılıçdaroğlu 44,89% səs, Ata İttifaqı namizədi Sinan Oğan 5,47% səs Memleket Partiyasının namizədi Muharrem İnce isə 0,44 % səs toplayıblar.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları seçkilərin ikinci turunda may ayının 20-22-dək səs vermədə iştirak ediblər.

Xarici ölkələrdə keçirilən seçkilərin ikinci turunda səsvermədə iştirak edən vətəndaşların sayı 1 milyon 895 min 430 nəfər təşkil edib.

Türkiyədə yaşayan 60 milyon 697 min 843 seçicinin 30 milyon 710 min 790-ı, yəni 50,60 faizini qadınlar təşkil edir.

Kişi seçicilərin sayı isə 29 milyon 987 min 53 nəfər olmaqla 49,40 faiz təşkil edir.

Xaricdə yaşayan Türkiyə vətəndaşlarının sayı 6,5 milyondan artıqdır.

Ümumilikdə xarici ölkələrdə yaşayan 3 milyon 416 min 98 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Bu seçicilərin 1 milyon 595 min 158-i qadın seçicilərdir ki, bu da xaricdəki seçici sayının 46,70 faizinə bərabərdir.

Bundan başqa, kişi seçicilərin sayı 1 milyon 820 min 940 nəfərdir ki, bu da seçicilərin 53.30 faizini təşkil edir.

Səsvermə 73 ölkədə və 151 diplomatik səsvermə dairəsində keçirilib.

YSK tərəfindən bəzi qurumların bağçalarında, konteyner şəhərlərində və çadır şəhərciklərində seçicilərin şəhərdə səs verə bilməsi üçün seçki qutuları quruldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti