Bakı. Trend:
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli çərşənbə axşamı Estoniyaya səfər edəcək.
Trend xəbər verir ki, Kleverlinin Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna ilə görüşü Britaniyanın HMS Albion hərbi gəmisində Tallinndə baş tutacaq.
Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər.
Daha sonra Kleverli Estoniyanın Baş naziri Kaya Kallas tərəfindən qəbul ediləcək.