...

Ukraynada Türkiyə gəmilərinin təxliyəsi ləğv edilib

Dünya xəbərləri Materials 2 İyun 2023 14:58 (UTC +04:00)

Bakı. Trend:

Rusiya-Ukrayna müharibəsindən sonra Nikolayev, Olviya və Xerson limanlarında qalan altı türk gəmisinin təxliyyəsi Rusiya ordusunun Ukraynanı bombardman etməsindən sonra son anda ləğv edilib.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, Nikolayev və Olviya limanındakı gəmilərin gələn həftə təxliyyə ediləcəyi gözlənilir.

Məlumata əsasən, Xerson limanındakı gəmilərin bölgədəki qarşıdurmaların hələ də davam etməsi səbəbilə bir müddət bölgədə qalacağı gözlənilir.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 24 fevral 2022-ci ildə Krımın Rusiya tərəfindən qeyri-qanuni ilhaq edilməsi, daha sonra Donetsk və Luhansk vilayətlərinin işğalı ilə başlayıb. Bu müharibə İkinci Dünya müharibəsindən sonra Avropa ərazisində baş vermiş ən geniş miqyaslı müharibə hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti