...

Türkiyəyə qarşı olan ixrac məhdudiyyətləri qəbuledilməzdir - Yaşar Güler

Dünya xəbərləri Materials 17 İyun 2023 14:24 (UTC +04:00)
Türkiyəyə qarşı olan ixrac məhdudiyyətləri qəbuledilməzdir - Yaşar Güler

Bakı. Trend:

Türkiyəyə qarşı olan ixrac məhdudiyyətləri qəbuledilməzdir.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Güler bildirib.

"Müttəfiqlərimiz tərəfindən ixrac məhdudiyyətlərinə məruz qalmağımız qəbuledilməzdir. Bu məhdudiyyətlər təkcə ölkəmizin təhlükəsizliyini təmin etmir, eyni zamanda NATO-nun təhlükəsizliyinə də mənfi təsir göstərir", - deyə nazir qeyd edib.

Yaşar Güler vurğulayıb ki, Türkiyə NATO-nun açıq qapı siyasətini dəstəkləyir.

"PKK/YPG/PYD, FETÖ, İŞİD, Əl-Qaidə və digər bütün terror təşkilatlarına qarşı sona qədər mübarizə aparacağıq. Bu mövzuda bütün müttəfiqlərimizdən tam dəstək gözləyirik", - deyə nazir bildirib.

İsveçin NATO-ya üzvlüyü məsələsinə toxunan nazir qeyd edib ki, İsveç 28 iyun 2022-ci ildə Türkiyə və Finlandiya arasında imzalanan Üçtərəfli Memorandumda qeyd olunan öhdəlikləri yerinə yetirərsə, NATO-ya üzv ola bilər.

Xatırladaq ki, keçən ilin yanvarında İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyi qarşısında Quranın yandırılmasından sonra Ankaranın dayandırdığı danışıqlar mart ayında bərpa edilib. Ankara Finlandiyanın müraciətini təsdiq edərək İsveçə vetosunu davam etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti