...

Ermənistanda saxlanılan müxalifətçinin oğlu Gürcüstanda 3 milyon dollarlıq narkotiklə ƏLƏ KEÇDİ

Dünya xəbərləri Materials 30 İyun 2023 12:40 (UTC +04:00)

Bakı. Trend:

“İctimai səs” partiyasının əvvəllər həbs olunmuş lideri Artak Qalstyanın oğlu Gürcüstanda narkotik cinayətində ittiham olunaraq saxlanılıb və onun Ermənistana ekstradisiyası üçün tədbirlər görülür.

Trend xəbər verir ki, "Sputnik Gürcüstan"da yayılan məlumata görə, Ermənistanın İstintaq Komitəsi 2019-2023-cü illərdə narkotik alveri ilə məşğul olan böyük mütəşəkkil cinayətkar dəstəni ifşa edib.

İstintaq müəyyən edib ki, cinayətkar qruplaşma üzvləri Telegram-da çoxsaylı qruplar vasitəsilə narkotik alveri həyata keçiriblər. Satışın ümumi məbləği 3 milyon dollar qiymətləndirilir. Cinayətin izlərini gizlətmək üçün qrup üzvləri hətta kriptovalyuta ilə pul alıblar. “İctimai səs” partiyasının lideri də daxil olmaqla 8 nəfərə qarşı cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti