Bakı. Trend:
Livanın şərqində məscid yaxınlığında baş verən atışmada iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.
Bildirilib ki, hadisə Bar-İlyas kəndində baş verib.
“Al Jadeed News” telekanalının məlumatına görə, naməlum şəxs məsciddən çıxanlara atəş açıb. Hadisə yerinə polis cəlb olunub. Hücum edən şəxs polisə müqavimət göstərib, o, baş verən atışmada yaralanıb.
Atəş açan şəxsin psixi pozğunluqdan əziyyət çəkdiyi bildirilir.