Bakı. Trend:
Şotlandiyanın qərbindəki Xarici Hebridlər arxipelaqında sahilə çıxan 56 balinadan 55-i ölüb.
Trend xəbər verir ki, bu, ölkə tarixində ən böyük kütləvi balina ölümüdür.
Xilasedicilər tələf olan və pilot növünə aid 55 balinadan ikisinin yeni doğulduğunu, bəzi dişi balinaların isə balalı olduğunu açıqlayıb.
Xilasedicilərin ehtimalına görə, bala verməkdə çətinlik çəkən bir dişi balina bütün sürünü sahilə çıxarıb.
"Bir pilot balina sahilə çıxarsa, bütün sürü ardınca gələcək",- deyə xilasedicilər açıqlayıb.