...

Sabiq prezidentin ölkəni tərk etmə qadağası daha 60 gün uzadıldı

Dünya xəbərləri Materials 19 İyul 2023 12:35 (UTC +04:00)
Sabiq prezidentin ölkəni tərk etmə qadağası daha 60 gün uzadıldı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Moldova Ali Məhkəməsi keçmiş prezident İqor Dodonun ölkədən çıxışına qoyulan qadağanın müddətini daha 60 gün uzadıb.

Trend-in məlumatına görə, bu barədə məhkəmə iclasından sonra jurnalistlərə açıqlamasında Moldovanın sabiq prezidenti deyib.

O qeyd edib ki, prokurorluğun ittihamları “əsassız”dır.

"Moldovanı tərk etmək fikrində deyiləm. Məqsəd müxalifətə təzyiq etməkdir. Buna baxmayaraq, mən partiyanı payızda keçiriləcək yerli hakimiyyət orqanlarına seçkilərə hazırlamağa davam edəcəyəm”, - deyə İ.Dodon əlavə edib.

Qeyd edək ki, sabiq prezidentə qarşı dövlətə xəyanət, korrupsiya və partiyanı qanunsuz maliyyələşdirmə ittihamları irəli sürülüb və ötən il saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti