...

Türkiyədə yeni Günəş Elektrik Stansiyasının açılış mərasimi keçirildi

Dünya xəbərləri Materials 27 İyul 2023 16:28 (UTC +04:00)

Bakı.Trend:

Türkiyənin Van vilayətində yeni Günəş Elektrik Stansiyasının açılış mərasimi keçirilib.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə,açılış mərasimində Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu da iştirak edib.

"Layihənin qurumumuzun enerji xərclərinin azaldılmasına əhəmiyyətli töhvəsi olacaq. 11-ci Karayolları Regionunun bütün enerji ehtiyacı heç bir əvəz ödəmədən bu stansiyadan qarşılanacaq", -deyə Türkiyəli nazir bildirib.

Qeyd edək ki, 100 min kvadratmetr sahədə qurulan Günəş Elektrik Stansiyası beş transformator, 45 çevirici və 10 min 400 paneldən ibarətdir. Eyni zamanda, 5 min 600 kilovat gücə malikdir.

Xatırladaq ki, 4 may tarixində Avropanın ən böyük Günəş Elektrik Stansiyası hesab edilən Karapınar GES-in Türkiyədə açılış mərasimi keçirilib.

Bərpa Olunan Enerji Resursları Sahələri (YEKA) çərçivəsində yaradılan layihədə ümumilikdə 3 milyon 256 min 38 günəş paneli istifadə edilib.

Bundan əlavə, 1 milyard dollarlıq sərmayə qoyulan zavodun maliyyələşdirilməsinə İngiltərənin ixrac kredit şirkəti (UKEF ) də investisiya yatırımı edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti