...

Co Bayden G20 Liderlərinin Sammitində iştirak edəcək

Dünya xəbərləri Materials 23 Avqust 2023 04:43 (UTC +04:00)
Co Bayden G20 Liderlərinin Sammitində iştirak edəcək

Bakı. Trend:

ABŞ Prezidenti Co Bayden Yeni Dehlidə keçiriləcək G20 Liderlərinin Sammitində iştirak edəcək.

Trend-in məlumatına görə, bu barədə onlayn brifinqdə Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.

“Prezident Co Bayden sentyabrın 7-dən 10-dək G20 sammitində iştirak etmək üçün Hindistanın Yeni Dehli şəhərinə səfər edəcək. O, G20 tərəfdaşlarımızla birlikdə təmiz enerjiyə keçid və iqlim dəyişikliyi ilə mübarizədən tutmuş qlobal problemlərin həlli üçün bir sıra birgə səyləri müzakirə edəcək”.

Onun sözlərinə görə, ABŞ Prezidenti Yeni Dehlidə bir neçə ölkənin liderləri ilə danışıqlar aparacaq. “Hazırda onun səfəri zamanı baş tutacaq ikitərəfli görüşlər barədə konkret açıqlamalar verə bilmərik, lakin bu məlumatı sizə təqdim edəcəyik”, - deyə prezidentin müşaviri bildirib. O xatırladıb ki, G20 sammiti 2026-cı ildə ABŞ-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti