...

Bu ölkədə açılış mərasimində izdiham oldu - 12 ölü, 80 yaralı

Dünya xəbərləri Materials 26 Avqust 2023 09:30 (UTC +04:00)
Bu ölkədə açılış mərasimində izdiham oldu - 12 ölü, 80 yaralı

Bakı. Trend:

Madaqaskarda keçirilən “Hind Okeanı Ada Oyunları”nın açılış mərasimində izdiham yaşanıb. Paytaxt Antananarivoda açılış mərasimin izləməyə gələnlərin eyni vaxtda stadiona daxil olması nəticəsində yaranan izdihamda ən azı 12 nəfər həyatını itirib, 80 nəfər isə yaralanıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Madaqaskarın Baş naziri Kristian Ntsay açıqlama yayıb.

Baş nazir bildirib ki, tədbiri izləmək üçün 50 minə yaxın insan eyni vaxtda Barea stadionuna daxil olmağa çalışıb.

Qeyd edək ki, ilk dəfə 1977-ci ildə, sonra isə hər 4 ildən bir keçirilən “Hind Okeanı Ada Oyunları”nda Mavriki, Seyşel, Komor Adaları İttifaqı, Mayotta, Reünyon və Maldiv adalarından olan idmançılar iştirak edirlər.

Çoxşaxəli yarış olan tədbir sentyabrın 3-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti