...

Bu ölkə 1,7 min kəşfiyyat PUA-sı alacaq

Dünya xəbərləri Materials 5 Sentyabr 2023 20:27 (UTC +04:00)
Bu ölkə 1,7 min kəşfiyyat PUA-sı alacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Polşanın Milli Müdafiə Nazirliyi 1,7 min kəşfiyyat aparatı alacaq.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabrın 5-də Keltsedə keçirilən 31-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi zamanı milli müdafiə naziri Mariuş Blaşak Polşa Respublikasının Prezidenti Andjey Dudanın iştirakı ilə FlyEye kiçik pilotsuz təyyarə sistemlərinin tədarükünə dair çərçivə sazişini təsdiqləyib.

"Silah Agentliyi ilə istehsalçı "WB Electronics S.A." arasında bağlanan müqavilə 2035-ci ilin sonuna qədər etibarlı olan, sonrakı icra müqavilələri çərçivəsində ən son versiyaların təxminən 1,7 min PUA-nın alınmasını nəzərdə tutur", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Polşanın Keltse şəhərində 31-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti