Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 ölkələrinin Zirvə toplantısında iştirak etmək üçün sabah Hindistana gedəcək.
Trend xəbər verir ki, sentyabrın 8-dən 10-dək Yeni Dehlidə keçiriləcək toplantıda G20 liderləri “Bir dünya, bir ailə, bir gələcək” sammitində əsas mövzu altında, üç sessiyada fikir mübadiləsi aparacaq.
Qeyd edək ki, Ərdoğanın həmçinin G20 liderləri, sammitdə iştirak edən bəzi hökumət başçıları ilə təkbətək görüşləri gözlənilir.