...

Putinlə Kim Çen In təkbətək görüşəcək - Peskov

Dünya xəbərləri Materials 12 Sentyabr 2023 11:47 (UTC +04:00)
Putinlə Kim Çen In təkbətək görüşəcək - Peskov
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya və Şimali Koreya liderləri Vladimir Putinlə Kim Çen In yaxın günlərdə təkbətək görüşəcək.

Trend xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

O bildirib ki, iki ölkə liderinin təkbətək görüşündən sonra mətbuat konfransı keçirilməyəcək.

Görüşün dəqiq harada keçiriləcəyini bildirməyən Peskov bu suala "Uzaq Şərqdə" deyə cavab verib.

Onun sözlərinə görə, Vladimir Putinlə Kim Çen In Rusiya və Şimali Koreya arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini, regiondakı vəziyyəti, beynəlxalq məsələləri müzakirə edəcək.

Bundan başqa, o, danışıqlarda "həssas sahələr"ə də toxunulacağını qeyd edib.

"Əlbəttə ki, ölkələrimiz qonşu olduqlarından həssas sahələrdə də əməkdaşlıq edirlər və ictimai açıqlama və elan predmeti olmamalıdır. Lakin bu, qonşu dövlətlər üçün tamamilə təbiidir", - deyə Kreml nümayəndəsi əlavə edib.

Qeyd edək ki, 8-ci Şərq İqtisadi Forumu (EEF-2023) 10-13 sentyabr tarixlərində Rusiyanın Vladivostok şəhərində keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti