...

Almaniyada sağçı ekstremist qrupun fəaliyyəti qadağan olundu

Dünya xəbərləri Materials 19 Sentyabr 2023 12:06 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın daxili işlər naziri Nensi Fezer "Hammerskins Germany" sağçı ekstremist qrupun fəaliyyətini qadağan edib.

Trend xəbər verir ki, bu barədə Almaniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanları bütün ölkə ərazisində, o cümlədən, Bavariya, Berlin, Brandenburq, Türingiyada qrupun 28 üzvünün evində axtarış aparıb.

Qadağanın ifrat sağçı ekstremizmə qarşı yönəldiyini deyən daxili işlər naziri bununla Almaniyada beynəlxalq səviyyədə fəaliyyət göstərən neonasist dərnəyinin insanlığa zidd fəaliyyətinə son qoyulduğunu bildirib.

"İrqçilik və antisemitizmi qəbul etmədiyimizə dair aşkar siqnal göndəririk", - o deyib.

Qeyd edək ki, sağçı ekstremizm Almaniyada ciddi təhlükə olaraq qalmaqdadır. Bu barədə Konstitusiyanın müdafiəsi üzrə Federal İdarənin rəhbəri Tomas Haldenvanq 2022-ci il ərzindəki xarici və daxili çağırışlar barədə məruzə təqdim edərkən bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti