...

Türkiyənin SONGAR dron sisteminə üçlü minaatan inteqrasiya ediləcək (ÖZƏL)

Dünya xəbərləri Materials 24 Sentyabr 2023 06:38 (UTC +04:00)
Türkiyənin SONGAR dron sisteminə üçlü minaatan inteqrasiya ediləcək (ÖZƏL)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin HAVELSAN şirkəti tərəfindən istehsal edilən SONGAR dron sisteminə Maşın Kimya Sənayesi (MKE) ilə birgə layihə çərçivəsində 81 mm-lik üçlü minaatan inteqrasiya ediləcək.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin hərbi mənbələrindən bildirilib.

Məlumata əsasən, minaatanlarla yanaşı, 60 mm döyüş sursatı da dron sisteminə əlavə ediləcək və qısa zamanda atış sınaqları həyata keçiriləcək.

Qeyd edək ki, SONGAR dron sistemi 2019-cu ildən Türkiyənin Quru Qoşunları Komandanlığı, Jandarma Baş Komandanlığı, Xüsusi Qüvvələr Komandanlığı tərəfindən istifadə edilir. SONGAR dron sistemi indiyə qədər dörd ölkəyə ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti