...

Aİ-nin Türkiyəyə bu səbəbdən 400 milyon avro yardım göndərəcəyi təsdiqlənib

Dünya xəbərləri Materials 4 Oktyabr 2023 17:10 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Parlamenti Avropa İttifaqının (Aİ) Türkiyəyə zəlzələ ilə əlaqədar olaraq 400 milyon avro yardım göndərəcəyini təsdiqləyib.

Trend xəbər verir ki, parlamentarilərin 593-ü təklifin lehinə, 11 nəfər isə əleyhinə səs verib. 22 parlamentari isə səs verməyib.

Qeyd edək ki, Avropa Parlamentinin müvafiq komitəsi layihəni sentyabrın 20-də təsdiqləyib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində 50 500 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti