...

Moskva hava limanları fəaliyyətini bərpa edib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 26 Noyabr 2023 09:37 (UTC +04:00)
Moskva hava limanları fəaliyyətini bərpa edib (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Rusiyanın Vnukovo və Domodedovo hava limanları uçuşların müvəqqəti dayandırılmasından sonra fəaliyyətini bərpa edib.

Trend-in məlumatına görə, iki sərnişin təyyarəsi Vnukovoda gözləmə zonasında olub, üç reysin uçuşu gecikirdi.

Məlumata əsasən, gözləmə zonasında olan bütün şərnişin təyyarələri eniş rejiminə keçib, bir təyyarə yola düşüb.

Qeyd edək ki, bundan əvvəl Moskva meri Sergey Sobyanin dronlarla Moskvaya hücum cəhdləri barədə məlumat verib.

xxx

07:17

Rusiyanın Vnukovo hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Trend xəbər verir ki, Domodedovo hava limanı da uçuşlar üçün bağlanıb.

Qeyd edək ki, hava limanlarında reyslərin dron təhlükəsi ilə əlaqədar təxirə salındığı bildirilib. Belə ki, 7 reys təxirə salınıb, daha üçü ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti