Bakı. Trend:
Rusiyanın xarici işlər naziri Sergey Lavrov "3+3" formatında xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Tehrana gəlib.
Trend bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Qeyd edək ki, bu gün Tehranda "3+3" formatında XİN başçılarının görüşü keçirələcək.
Xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasda Cənubi Qafqaz üzrə məsələlərin araşdırılması, regional əməkdaşlığın (siyasi, iqtisadi, təhlükəsizlik, tranzit, enerji və sairə) inkişaf etdirilməsi müzakirə olunacaq.
"3+3" formatında keçirilən iclasın əsas məqsədlərindən region problemlərinin regiondan kənar ölkələrin iştirakı olmadan və bölgə ölkələrinin iştirakı ilə həll olunması, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının həyata keçirilməsini xüsusi qeyd etmək olar.