NATO-nun Moldovaya dəstəyi davam edəcək - Yens Stoltenberq

Dünya xəbərləri Materials 26 Oktyabr 2023 17:03 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

NATO-nun Baş katibi Yens Stoltenberq Moldovanın Baş naziri Dorin Reçanı əmin edib ki, Şimali Atlantika Alyansı Kişineunu dəstəkləməyə davam edəcək.

Trend xəbər verir ki, Yens Stoltenberq bunu Brüsseldə Dorin Reçan ilə görüşündə deyib.

“Kişineu NATO-nun dəstəyinə arxalana bilər. Şimali Atlantika Alyansına üzv ölkələr ilin əvvəlində kibertəhlükəsizlik və strateji kommunikasiyaların inkişafı üçün Moldovaya əlavə dəstək barədə razılığa gəlib. Vilnüsdə keçirilən sammitdə isə praktiki və siyasi əməkdaşlığın davam etdirilməsi qərara alınıb. Bu, eyni zamanda Avropa İttifaqına üzvlüklə bağlı Kişineuya kömək olacaq”, - deyə NATO-nun Baş katibi əlavə edib.

Dorin Reçan isə öz növbəsində Moldovanın müdafiə qabiliyyətini gücləndirmək niyyətində olduğunu vurğulayıb. Onun sözlərinə görə, Kişineu NATO-nun beynəlxalq sülhməramlı missiyalarında və hərbi təlimlərində iştirakda maraqlıdır.

Xəbər lenti

Xəbər lenti