...

İran prezidenti ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Qəzzadakı vəziyyəti müzakirə ediblər

Dünya xəbərləri Materials 11 Noyabr 2023 21:16 (UTC +04:00)
İran prezidenti ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Qəzzadakı vəziyyəti müzakirə ediblər

Bakı. Trend:

İran prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş nazir Məhəmməd bin Salman Əl Səudla görüşüb.

Trend xəbər verir ki, tərəflər Qəzza zolağında baş verənləri və hərbi gərginliyin artmasını müzakirə ediblər.

Qeyd edək ki, Rəisi İslam Əməkdaşlıq Təşkilatının Fələstindəki vəziyyətlə bağlı fövqəladə sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda səfərdədir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti