Bakı. Trend:
İsraildə Livanın "Al Mayadeen" telekanalının yayımlanması qadağan olunub.
Trend xəbər verir ki, bu barədə İsrail Dövlət Teleradio Şirkəti məlumat yayıb.
Məlumata görə, müvafiq qərarı İsrailin rabitə naziri Şlomo Karyi imzalayıb.
Qeyd edək ki, bundan bir qədər əvvəl İsrail Təhlükəsizlik Kabinetinin təsdiq etdiyi qaydalara əsasən, hökumətə milli maraqlara zərər yetirən xarici xəbər telekanallarının yayımını dayandırmaq icazəsi verilib.
Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.